Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb


Dünya 29 May 2018 21:33:00 253 0

Türkiyədə iki britaniyalı turistin meyiti tapılıb

Türkiyənin Fəthiyyə şəhərində iki Britaniya vətəndaşı naməlum şəraitdə vəfat edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Milliyyet" məlumat yayıb.

Məlumata görə, məzuniyyətlərini Türkiyədə keçirən 51 yaşlı Samuel Ceymz və 46 yaşlı rəfiqəsi Ceyn Amanda  Günlüklü adlı yerdə təbiətin qoynunda  çadır qurub.

Turistlərin uzun müddət çadırdan çıxmadığını görən, insanlar vəziyyətdən şübhələnib. Çadıra baxış keçirilən zaman orada turistləri ölmüş vəziyyətdə aşkarlayıblar.