Ramazan ayında şeytanı zəncirə vuran – oruc, zikr və ibadətdir


Digərləri 29 May 2018 21:40:00 319 0

Ramazan ayında şeytanı zəncirə vuran – oruc, zikr və ibadətdir

Ramazan ayı ibadət ayıdır və o yerdə ki, Allaha ibadət olunar, şeytan həmin yerdən qaçar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Şeytanın zəncirə vurulması bu mənada deyildir ki, insan çoxlu günaha düçar ola bilər. Sonra da deyər ki, əgər şeytanın əl və ayaqları bağlıdırsa, bəs niyə bu günahı yerinə yetirmişəm? Mübarək Ramazan ayı elə bir zamandır ki, insanların əksər hissəsi oruc olurlar. Oruc, ibadət, dua şeytanı insandan uzaqlaşdırar.

O zikrdə ki, Allah yada salınar, şeytanı uzaqlaşdırar. Belə ki, Həzrət İbrahim (ə) bir "Allahu Əkbər" zikri ilə bütxanadakı bütləri sındırır. Ona görə də Ramazan ayında möminlərin zikri də şeytanı uzaqlaşdırar. Xüsusilə də əgər ixlasla olarsa.

Mömin əgər Allahı davamlı olaraq zikr edərsə, şeytan ona nüfuz edə bilməz. Necə ki, su ilə od bir-birinə uyğunlaşa bilməz, Allahın zikri də şeytan vəsvəsələr ilə təzadda olar.