Cərrahlar niyə yaşıl rəngli forma geyinirlər?


Digərləri 29 May 2018 21:25:00 338 0

Cərrahlar niyə yaşıl rəngli forma geyinirlər?

"Həkimlərin forması nə rəng olmalıdır", sualına yəqin ki, hamımız eyni cavabı verərik: Təmizlik rəmzi olan ağ.

Artıq uzun müddətdir ki, cərrahlar ağ deyil, yaşıl rəngli forma geyinirlər. Bəs onları adi həkimlərdən fərqləndirən nədir?

Son.az publika.az-a istinadən xəbər verir ki, XX əsrin ikinci yarısınadək cərrahlar da, digər həkimlər kimi ağ forma geynirdilər. Lakin elə həmin dövrdə məlum oldu ki, cərahiyyə əməliyyatına girən həkimlər yaşıl forma geyinsələr, daha məqsədəuyğun olar. Bu rəngli forma həm cərrahlara əməliyyat vaxtı daha yaxşı görməyə kömək edir, həm də xəstənin əhvalını yüksəldir.