İmam Əli (ə) hökumətinin əsas işi yoxsulluqla mübarizə aparmaq idi


Digərləri 29 May 2018 21:10:00 298 0

İmam Əli (ə) hökumətinin əsas işi yoxsulluqla mübarizə aparmaq idi

İmam Əlinin (ə) hökumət etdiyi zamanlarda ən böyük səyi - ədaləti bərpa edib, cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq olmuşdur. İmamın (ə) nəzərinə görə, hökumətin ən böyük vəzifəsi - iqtisadiyyatı inkişaf etdirib, insanların rifahını yaxşılaşdırmaq olmalıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də insanlara xitab edərək buyurur: "Ey insanlar! Mənim sizin üzərinizdə haqqım vardır. Sizin də mənim üzərimdə haqqınız vardır.

Sizin mənim üzərimdə olan haqqınız odur ki, mal-dövlətinizi, gəlirlərinizi artırım və onu sizə çatdırım. Ey insanlar, mənə işimdə yardım edin. Planlarımı həyata keçirtməkdə kömək edin. Allaha and olsun ki, zülm görmüş insanın dadına çataram və ona zülm edənin cilovunu toplayaram. Onu haqq mənzilinə tərəf çəkərəm".

İmam Əlinin (ə) nəzərinə görə yoxsulluq ağıla, imana və əqidəyə dəhşətli mənfi təsirlər qoyur. İmam Əli (ə) öz oğlu Muhəmməd Hənəfiyyəyə buyurur: "Əziz oğlum! Sənin yoxsul olmağından qorxuram. Allaha pənah apar ki, yoxsulluq dində nöqsana səbəb olar, ağılı avara edər, düşmənçilik icad edər".