Kompüter istifadəçilərinə XƏBƏRDARLIQ VİDEO


Digərləri 29 May 2018 21:14:00 267 0

Kompüter istifadəçilərinə XƏBƏRDARLIQ  VİDEO

VPN filter adlı yeni virus dünyada yeni təhdidə çevrilib. Belə ki, bu virus komputerlərə yox şəbəkəyə yoluxur və internetlə bağlantını dərhal kəsərək istifadəçinin bütün məlumatlarını oğurlayır. Elektron təhlükəsizlik xidməti bu virusa yoluxmamaq üçün komputer istifadəçilərinə tövsiyyələr verib..

İnternetə girişi bloklayır, komputerlərdəki şəxsi məlumatları oğurlayır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Birləşmiş Ştatların "Cisco Systems" telekommunikasiya şirkəti 50-dən çox ölkədə yarım milyona yaxın kompüterin yeni təhlükəli virusa yoluxduğunu xəbərdar edib.

Şirkətin hesabatına görə, şərti olaraq "VPN Filter" adı verilmiş virus əsasən şəbəkə qurğularını, o cümlədən, modemləri, routerləri, həmçinin yaddaş qurğularını sıradan çıxarır. Virusla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti kompüter istifadəçilərinə tövsiyələr verib.