Musiqi məktəbinin yubileyi münasibətilə konsert keçirildi FOTO


Kriminal 29 May 2018 19:48:00 257 0

Musiqi məktəbinin yubileyi münasibətilə konsert keçirildi  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbinin yaranmasının 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert məktəbin xalq çalğı alətləri orkestrının ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ilə başlayıb. Sonra şagirdlərin ifasında "Heyratı" zərb muğamını, V.A. Mosartın "Seraldan qaçırılma" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Sazçalanlar ansamblı "Şirvan gözəlləməsi" əsərini, nağaraçalanlar ansamblı isə "Azərbaycan ritmləri" ni təqdim ediblər.

Məktəbin xor kollektivi C. Qerşvinin "Əl çalın" və R. Hacıyevin "Bakı haqqında mahnı"sını məharətlə ifa ediblər.