Baronessa Nikolson: Böyük Britaniya Azərbaycan üçün prioritet layihələrdə iştirakını genişləndirməyə davam edəcək


Digərləri 29 May 2018 19:35:46 277 0

Baronessa Nikolson: Böyük Britaniya Azərbaycan üçün prioritet layihələrdə iştirakını genişləndirməyə davam edəcək

Böyük Britaniya həm enerji, həm də qeyri-enerji sektorunda bir sıra prioritet layihələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyə davam edəcək.

Bakı. Əli Mustafayev - Böyük Britaniya həm enerji, həm də qeyri-enerji sektorunda bir sıra prioritet layihələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməyə davam edəcək. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxıstanla ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Emma Nikolson jurnalistlərə açıqlamasında bildirib. "Bu gün mən Böyük Britaniya baş naziri Tereza Meyin "Cənub Qaz Dəhlizi"nin işə salınması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubunu oxumaq şərəfinə layiq görüldüm. Böyük Britaniya Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və ölkənizin böyük layihələrində iştirakımızı daha da genişləndirməyə hazırıq".