KungFu üzrə respublika çempionatına yekun vurulub FOTO


Digərləri 29 May 2018 18:45:00 216 0

KungFu üzrə respublika çempionatına yekun vurulub  FOTO

Mayın 25-27-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kung-Fu Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən Kung-Fu üzrə XXVI respublika çempionatına yekun vurulub.

Son.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş və kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında "Yaşasın Cümhuriyyət" devizi altında keçirilən yarışda respublikanın müxtəlif regionlarından olan 30 komandanın tərkibində 500-ə yaxın dmançı mübarizə aparıb.

Yarışın rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Kung-Fu Federasiyanın prezidenti, polis kapitanı Nurlan Aslanov çıxış edərək idman sahəsində əldə edilən hər bir uğur və inkişafın bilavasitə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi, qətiyyətli siyasətin nəticələrinə əsaslandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar dünyanın bir çox ölkəsinə örnəkdir.

Sonra yarışlara start verilib. Çempionatda "Sərhədçi" atletləri daha yaxşı çıxış edərək böyüklər arasında kuboka sahib olublar. "Cəlilabad" komandasının yetirmələri gənclər arasında, "Xocalı" klubunun təmsilçiləri isə yeniyətmələr arasında kuboku qazanıblar.


Xəbərə aid fotolar