“Azerbaijan Golden Kids Azerbaijan 2018” layihəsinin bütün nominantları bəlli oldu FOTO


Digərləri 29 May 2018 18:45:00 321 0

“Azerbaijan Golden Kids Azerbaijan 2018” layihəsinin bütün nominantları bəlli oldu  FOTO

Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş "AZERBAIJAN GOLDEN KIDS AWARDS 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü il yubileyi münasibəti ilə keçirilən layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  2 iyun 2018 - ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər 32 nominasiya üzrə mükafatlandırılacaq.

Qeyd edək ki, tədbirdə dövləti təmsil edən rəsmi şəxslərin, millət vəkillərinin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.