BSUda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub FOTO


Digərləri 29 May 2018 18:39:00 268 0

BSUda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub  FOTO

Mayın 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Biz sizdən öyrəndik qəhrəmanlığı" adlı təntənəli yubiley tədbiri keçirilib. Tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından BSU tələbələri Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi oxuyublar.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı  "Gizli istiqlalçılar" adlı  tarixi-sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında 16 may 2017 -ci il tarixli Sərəncamını qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın öz dövlətçilik tarixinə yüksək sədaqət və ehtiramı kimi dəyərləndirib. N.Əliyeva 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən ölkə xaricində dövlət səviyyəsində mühüm tədbirlər keçirildiyini qeyd edib. Azərbaycan Xalq Cümhuriyyətini tariximizin ən parlaq səhifəsi adlandıran BSU rektoru müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıb.


Xəbərə aid fotolar