AXCnin 100 illiyinə həsr olunmuş bayram konserti təşkil edilib FOTO


Kriminal 29 May 2018 18:24:00 416 0

AXCnin 100 illiyinə həsr olunmuş bayram konserti təşkil edilib  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin birgə təşkilatçılığı ilə Fəvvarələr meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konsert təşkil edilib.

Konsertdə tanınmış müğənnilər Yaşar Yusub, Günay İbrahimli, Əbdül Xalid, Leyla Ramazanlı, Aynur Dadaşova, Çinarə Bəkirova, Sami Oruc, Həmidə Hüseyn, Səbinə Əsgərova, Könül Şıxəliyevanın ifaları paytaxtımızın sakinləri və qonaqlarında xoş ovqat yaradıb. Həmçinin "Səma" rəqs ansamblının rəngarəng çıxışları maraqla qarşılanıb.