UEFA Serxio Ramosun məsələsi ilə bağlı qərar verib


İdman 29 May 2018 18:09:00 276 0

UEFA Serxio Ramosun məsələsi ilə bağlı qərar verib

Çempionlar Liqasının finalında mübahisə doğuran epizodlardan biri Real-ın kapitanı Liverpool-un qapıçısı Loris Kariusu dirsəklə vurması olmuşdu. Bu, matçın baş hakimi Milorad Majiçin diqqətindən yayınsa da, kameralara tuş gəlmişdi. Goal.az xəbər verir ki, UEFA ispaniyalı müdafiəçini cəzalandırmayacaq. Qurum Ramosa qarşı intizam işi açmaq üçün əsas görməyib.