Füzulidə raket hissəsi tapıldı FOTO


Digərləri 29 May 2018 17:20:00 248 0

Füzulidə raket hissəsi tapıldı  FOTO

Füzulinin Şükürbəyli kəndində 9M22U raketinin alışdırıcı hissəsi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, 2018-ci il 29 may tarixində saat 14:03-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 14:35-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar