“Azərbaycan dilində mahnılar oxuyacam” “Papito Chocolate” ilə məşhurlaşan Seeya VİDEO FOTO


Şou-biznes 29 May 2018 17:25:00 487 0

“Azərbaycan dilində mahnılar oxuyacam”  “Papito Chocolate” ilə məşhurlaşan Seeya  VİDEO  FOTO

Qəbələdə Azərbaycan kubokunun final oyunu keçirilib.

Son.az ARB Şəki-yə istinadla xəbər verir ki, oyundan öncə isə tamaşaçılar məşhur rumınyalı müğənni Seeyanın konsertini izləyiblər.

"Papito Chocolate" mahnısı ilə bütün dünyada məşhurlaşan müğənni bir-birindən maraqlı ifaları ilə azarkeşləri coşdurub.

Seeya: "Mən Qəbələdə olmağımdan çox şadam. Azərbaycanda bir neçə dəfə qonaq olsam da, Qəbələdə ilk dəfədir. Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edirəm. Bakıda yeni klipimi çəkirəm. Məni Azərbaycandan çox sayda adam izləyir. Növbəti planımda Azərbaycan dilində 1-2 mahnı oxumaq fikrim var. Komandamızın Azərbaycanla bağlı planları var".


Xəbərə aid foto