Premyer Liqa klubu Beyl üçün 335 milyon xərcləyəcək


İdman 29 May 2018 17:30:00 290 0

Premyer Liqa klubu Beyl üçün 335 milyon xərcləyəcək

Real-ın yarımmüdafiəçisi Qaret Beyl Manchester United-in maraq dairəsindədir. Klubun icraçı direktoru Ed Vurvardın yaxın vaxtlarda bu işlə məşğul olması gözlənilir. Goal.az xəbər verir ki, ulduz futbolçunun transferi "qırmızı şeytanlar"a 200 milyon funta başa gələ bilər. Onunla 4 illik müqavilə imzalansa, əlavə olaraq 135 milyon funt xərc çıxacaq.

Beylin qeyri-stabil oynaması və tez-tez zədələnməsi nəzərə alınsa, transferə bu qiymətin ödənilməsi məqsədəuyğun görülməyə bilər.