Azay Quliyev Sloveniyaya gedir


Digərləri 29 May 2018 17:21:00 335 0

Azay Quliyev Sloveniyaya gedir

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mayın 30-da Sloveniyaya səfərə gedir.

Bakı. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev mayın 30-da Sloveniyaya səfərə gedir. Şuradan Trend-ə verilən məlumata görə, A.Quliyev səfər çərçivəsində Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarına həsr edilmiş “Dobrava Memorial Parkı” kompleksi ərazisində Şuranın maliyyə dəstəyi ilə hazırlanmış Xocalı Soyqırımına həsr edilən xatirə lövhəsinin açılış mərasiminə qatılacaq. Mayın 31-də Azərbaycanın Avstriya və Sloveniyada akreditə olunmuş səfirliyinin yaxından dəstəyi ilə təşkil olunan mərasimdə digər rəsmilər və ictimaiyyət nümayəndələrilə yanaşı Sloveniya prezidentinin həmçinin, Sloveniya parlamentinin Yuxarı Palatasının sədrinin də iştirakı nəzərdə tutulur. Səfər iyun ayının 1-də başa çatacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin