Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)


Digərləri 29 May 2018 17:11:45 311 0

Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib.

Bakı. Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslər, ictimai xadimlər, xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri iştirak ediblər. Tədbirin əvvəlində Dövlət himni səsləndirilib. Himnin ardından BSU tələbələri Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi oxuyublar. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı “Gizli istiqlalçılar” adlı tarixi-sənədli film nümayiş olunub.