Ya tatuajı pozdursun, ya da millidən uzaqlaşdırılsın!


İdman 29 May 2018 16:46:00 272 0

Ya tatuajı pozdursun, ya da millidən uzaqlaşdırılsın!

"Analar silaha qarşı" təşkilatı Manchester City-nin futbolçusu Rahim Sterlinqi İngiltərə millisinin heyətindən kənarlaşdırmağa çağırıb.

Goal.az xəbər verir ki, bunun səbəbi futbolçunun İnstagram-da paylaşdığı fotodur. Sterlinqin ayağında M-16 avtomatının tatuajı diqqətdən qaçmayıb. Sözügedən qurumun 63 yaşlı nümayəndəsi Lüsi Koup sərt danışaraq yarımmüdafiəçinin qarşısına 2 seçim qoyub. Ya tatuajı pozdurmaq, yaxud millidən uzaqlaşdırılmaq. Sterlinq isə nə üçün avtomat tatuajı etdirməsinə belə aydınlıq gətirib:

"Mənim 2 yaşım olanda atam silahdan açılan atəşlə öldürülüb. Söz vermişəm ki, həyatımda heç vaxt silaha toxunmayacam. Bu tataujın dərin mənası var. Mən sağ ayağımla zərbə vururam. Döyməni buna görə etdirmişəm".

İngiltərə millisi 2018-ci il dünya çempionatında Belçika, Panama və Tunislə eyni qrupda yer alır.