Ekspert: “Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutdu


Digərləri 29 May 2018 16:24:00 239 0

Ekspert: “Cənub Qaz Dəhlizi”nin açılışı doğru zamanda baş tutdu

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin (CQD) açılışı doğru zamanda baş tutdu

Bakı. Ləman Zeynalova - Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin (CQD) açılışı doğru zamanda baş tutdu. Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy”nin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib. Ekspert bildirib: “CQD Avropaya qaz tədarükü üzrə vacib layihələrdən biridir, çünki İrandan və digər mümkün mənbələrdən qaz nəqli yaxın gələcəkdə az olacaq. CQD ilə nəql olunan qaz Misirdən mayeləşdirilmiş təbii qaz Avropa bazarlarına çatanadək bazarda öz yerini tutacaq”.