Canlı yayımda QIRĞINA ÇIXDILAR:


Digərləri 29 May 2018 16:00:00 247 0

Canlı yayımda QIRĞINA ÇIXDILAR:

Elza Seyidcahanın "İtim belə Damlaya qulaq asmır" deyərək gənc ifaçının fotosunu cırması bu gün "Hər şey daxil"də prodüser-aparıcı Tolikin bəstəkara sərt reaksiya verməsi ilə nəticələnib.

Damlanın fotosunu cıran Elzaya SƏRT CAVAB: Heyvanlara rəhmət düşmür - VİDEO

Son.az xəbər verir ki, Tolik Elza Seyidcahanı müğənnini sevənləri təhqir etməkdə təqsirli sayıb.

Aparıcının  "Azərbaycan kütləsinin zövqü sizin itinizdən, pişiyinizdən zəif deyil. Deyirsiniz "Allah pişiyimə rəhmət eləsin, birincisi, heyvanlara rəhmət düşmür. Təki xalqımıza gələn, sizin itinizə, pişiyinizə gəlsin. Elza xanım, sizin də yazdığınız şeirlər Səməd Vurğunun, Füzulinin şeirləri ilə bir tutulası şeirlər deyil" sözləri əməkdar artistin efirə qoşulmasına səbəb olub.

Canlı yayıma zəng edən bəstəkar xanım Toliklə söz davasına çıxıb.