Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib FOTO


Digərləri 29 May 2018 16:04:00 334 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib  FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibb bacıları və Mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə edib.

Belə aksiyalar mütəmadi xarakter daşıyır və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində həyata keçirilən layihələrin tərkib hissəsidir.


Xəbərə aid fotolar