Ronaldo Real madrid-in yeni formasının təqdimatında yer almadı


İdman 29 May 2018 16:10:00 336 0

Ronaldo Real madrid-in yeni formasının təqdimatında yer almadı

Real Madrid yeni mövsüm geyinəcəyi iki formanı ictimaiyyətə təqdim edib.

Goal.az-ın məlumatına görə, Madrid klubunun ev oyunlarının forması ənənəvi olaraq ağ rəngdədir, səfər matçlarında isə qara rəngdə forma geyinəcək.

"Adidas"ın təchiz etdiyi formanın təqdimatı üçün hazırlanmış video və şəkillərdə komandanın hücumçusu Kriştiano Ronaldo yer almayıb. Bunun portuqaliyalı hücumçunun "Nike" ilə imzaladığı şəxsi müqaviləyə görə ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, K.Ronaldonun Real-dan ayrıla biləcəyi iddia olunur.