İranda terror təşkilatının üzvləri saxlanıldı


Dünya 29 May 2018 15:55:00 265 0

İranda terror təşkilatının üzvləri saxlanıldı

"İranın İslam İnqilabı Keşikçiləri Korpusu iki terror təşkilatının üzvlərini saxlayıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Korpusun Tehran bölməsinin komandiri Məhəmməd Rza Yəzdi deyib.

Onun sözlərinə görə, həmin şəxslər iyunun əvvəlində İslam inqilabının rəhbəri Xomeyninin ölümü ildönümü ilə əlaqədar tədbirlər zamanı təxribatlar hazırlayıbmışlar.