Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib (FOTO)


Digərləri 29 May 2018 15:42:00 260 0

Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Oftalmologiya Mərkəzi ilə birgə humanitar aksiya keçirilib (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiya keçirilib.

Bakı. Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan birgə aksiyası keçirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oftalmoloqlar, anestezioloqlar, həkim-rezidentlər, tibb bacıları və Mərkəzin texniki heyətindən ibarət səyyar briqada Bakı hava limanının işçilərini müayinə edib.