Azərbaycan 12 əcnəbini ölkəsinə qaytardı FOTO


Digərləri 29 May 2018 15:35:00 234 0

Azərbaycan 12 əcnəbini ölkəsinə qaytardı  FOTO

Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı, ümumilikdə, 12 sorğu göndərilib və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışı artıq həyata keçirilib.

DMX-dan Son.az-a verilən məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoşla görüşündə deyib.

Görüşdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da iştirak edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulmuş BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.

Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib.


Xəbərə aid fotolar