Azər Türk Bank: 100 gün ərzində cari hesablar ödənişsiz açılacaq


Digərləri 29 May 2018 15:15:00 278 0

Azər Türk Bank: 100 gün ərzində cari hesablar ödənişsiz açılacaq

Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə əlaqədar 29 may tarixindən daha bir kampaniyaya başlayır.

Belə ki, göstərilən tarixdən etibarən 100 gün ərzində, fiziki şəxs olan müştərilər üçün bankda cari hesablar ödənişsiz açılacaqdır. Bunun üçün Azər Türk Bankın Bakı şəhərindəki Baş ofisinə (C.Məmmədquluzadə, 85), "Mərkəz" filialı (Bülbül pr. 44) "Bakı" filialı (28 may küç., 64/75), "Yasamal" filialına (İ.Qutqaşınlı küç., 89), 5 saylı Bakı "ASAN xidmət" mərkəzində və Xətai rayonu Fəzail Bayramov küçəsi, 6 ünvanda yerləşən şöbələrinə, eləcə də Naxçıvan, Gəncə, Şirvan, Qəbələ şəhərlərindəki ofislərinə gələrək şəxsiyyəti təsdiq edən sənəd təqdim etmək kifayətdir. Kampaniya 5 sentyabr tarixinədək davam edəcəkdir.

Qeyd edək ki, Azər Türk Bankda fiziki şəxslər üçün Azərbaycan manatı, ABŞ dolları, Avro, Türkiyə lirəsi, İsveçrə frankı, Funt Sterlinq və Rusiya rublunda cari hesabların açılması mümkündür. 1995-ci ildən fəaliyyət göstərən "Azər Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.