Liverpool Fransa Liqasından 2 futbolçu ilə ciddi maraqlanır


İdman 29 May 2018 15:13:00 246 0

Liverpool Fransa Liqasından 2 futbolçu ilə ciddi maraqlanır

Liverpool yayda heyətini gücləndirmək üçün variantları nəzərdən keçirməyə davam edir. Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Mersesayd klubu Fransa Liqasında çıxı şedən 2 futbolçunu izləyir. Bunlar Nabil Fekir (Lyon) və Toma Lemardır (Monaco). Fekirin transfer qiyməti 61, Lemarın isə 90 milyon funt göstərilir. Beləlilklə, "qırmızılar" hər iki futbolçu üçün 151 milyon funtdan keçməli olacaq.

Geridə qalan mövsümdə Fekir Liqa 1-də çıxdığı 30 oyunda 18 dəfə fərqlənmişdi. 22 yaşlı Lemarın aktivində isə 30 oyuna 2 qol var.