Canavarlar işğal altında olan Qarabağda uşaqları parçaladı


Digərləri 29 May 2018 15:04:00 315 0

Canavarlar işğal altında olan Qarabağda uşaqları parçaladı

İşğal altında olan Dağlıq Qarabağın Xocavənd (Hadrut) rayonunda canavarlar uşaqlara hücum edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisələr mayın 28-də axşam Mets Taqer və Tumi kəndlərində baş verib. Nəticədə 3 uşaq - 10 yaşlı T.X, 4 yaşlı A.M və 11 yaşlı K.Q xəstəxanaya çatdırılıb.

"Canavarlar onlardan ikisinin üzünü və başını parçalayıb, digərinin isə ayağını dişləyib. Hazırda uşaqlar müalicə alırlar. Həyati təhlükələri yoxdur", - deyə xəstəxanadan bildirilib.

Xəstəxanadan həmçinin bildirilib ki, uşaqlar aldıqları yaralardan sağalacaqlar, amma quduzluqla bağlı təhlükə ehtimalı hələ də var. Bununla bağlı konkret rəy bir neçə gündən sonra hazır olacaq.