Təyyarədə "Bomba var" deyə zarafat etdi, 11 nəfər "xəstəxanalıq oldu"


Digərləri 29 May 2018 15:06:51 249 0

Təyyarədə "Bomba var" deyə zarafat etdi, 11 nəfər "xəstəxanalıq oldu"

İndoneziyaya məxsus sərnişin təyyarəsinin göyərtəsində baş vermiş insident nəticəsində 11 nəfər xəsarət alıb.

Bakı. İndoneziyaya məxsus sərnişin təyyarəsinin göyərtəsində baş vermiş insident nəticəsində 11 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, sərnişinlərdən biri bort bələdçisinin "Əşyalarınızın içində nə var" sualına "Bomba var" deyə cavab verib. Təyyarədə təşviş də məhz bundan sonra yaranıb. Belə ki, yaxınlıqdakı sərnişin bu cavabı eşidib və həyəcanlanıb, təyyarədə gərgin anlar yaşanıb.