Dmitri Nazarovun klubunda məşqçi istefası


İdman 29 May 2018 14:49:00 267 0

Dmitri Nazarovun klubunda məşqçi istefası

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Almaniyanın Ertzgebirge-nın baş məşqçisi Hannes Dryus istefa verib.

Goal.az Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis şəxsi səbəblərə görə postunu tərk edib. O, 2017/2018 mövsümündə komandaya rəhbərlik edib.

Qeyd edək ki, Almaniyanın II Bundesliqasında çıxış edən Ertzgebirge mövsümü 40 xalla 16-cı pillədə başa vurub və liqada yerini qorumaq üçün pley-offda “Karlsrue”dən üstün olub 0:0, 3:1.

Aue klubu ilə 2021-ci ilə qədər müqaviləsi olan Nazarovun xidmətində II Bundesliqada mübarizə aparan Darmshtadt 98”in maraqlı olduğu bildirilir.