Real Atletico-nun müdafiəçisi ilə maraqlanır


İdman 29 May 2018 14:30:00 317 0

Real Atletico-nun müdafiəçisi ilə maraqlanır

Real qarşıdakı transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Atletico-da çıxış edən Xose Mariya Ximeneslə maraqlanır. Uruqvaylı müdafiəçinin buraxılış qiyməti 60 milyon avro göstərilib. Real bu məbləği ödəməyə hazırdır. Klubun ksautları Ximenesi transfer bazarında münasib və Zidanın oyun sisteminə uyğun futbolçu kimi dəyərləndirir.

Ötən mövsüm 23 yaşlı futbolçu La Liqanın 23 matçında meydanda olub.