Məhkəmə müstəntiq haqqında xüsusi qərar çıxarıb


Digərləri 29 May 2018 14:22:00 263 0

Məhkəmə müstəntiq haqqında xüsusi qərar çıxarıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polisə müqavimətdə və ölümə cəhddə təqsirləndirilən Ələkbər Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğu məlum olub. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən, cinayət işini yenidən prokurorluğa qaytarıb.