"Bakı Gömrüyü"nə yeni rəhbər təyin olundu


Digərləri 29 May 2018 14:10:00 269 0

"Bakı Gömrüyü"nə yeni rəhbər təyin olundu

Xəbər verdiyimiz kimi, Bakı Baş Gömrük İdarəsinin rəisi, general Vüsal Novruzov bir neçə saat öncə tutduğu vəzifədən azad edilib.

Son.az azxeber.com-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, general Səfər Mehdiyevin əmri ilə bu dəqiqələrdə İsmayıl Həsənov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.   Qeyd edək ki, bundan öncə İ.Həsənov Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsini daşıyıb.