Damlanın fotosunu cıran Elzaya SƏRT CAVAB:


Digərləri 29 May 2018 14:15:00 349 0

Damlanın fotosunu cıran Elzaya SƏRT CAVAB:

"ATV maqazin onlarla" proqramının "Hit parad" rubrikasında əməkdar artist Elza Seyidcahanın Damlanın şəkilini cıraraq "İtim belə Damlaya qulaq asmır" deməsi prodüser-aparıcı Toliki bərk qəzəbləndirib.

Son.az xəbər verir ki, prodüser Elza Seyidcahana sözügedən çıxışına görə efir vasitəsi ilə "Azərbaycan kütləsinin zövqü sizin itinizdən, pişiyinizdən zəif deyil. Deyirsiniz "Allah pişiyimə rəhmət eləsin, birincisi, heyvanlara rəhmət düşmür. Təki xalqımıza gələn, sizin itinizə, pişiyinizə gəlsin" sözləri ilə sərt etirazını bildirib.

Ürəyi soyumayan Tolik fikirlərini "Elza xanım, sizin də yazdığınız şeirlər Səməd Vurğunun, Füzulinin şeirləri ilə bir tutulası şeirlər deyil" sözləri ilə tamamlayıb.