Müəllimlər 5 ildən bir sertifikasiyadan keçiriləcəklər


Digərləri 29 May 2018 14:17:00 274 0

Müəllimlər 5 ildən bir sertifikasiyadan keçiriləcəklər

"Təhsil haqqında" qanuna dəyişikliklər nəzərdə tutulur.

Son.az APA-ya istindən xəbər verir ki, təklif edilən dəyişikliyə görə, Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq.

Layihədə bildirilir ki, sertifikasiyadan təkrar keçməyən müəllimlərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun tənzimlənəcək.