SOCAR-ın Türkiyədə yeni neft-kimya kompleksi ilə bağlı investisiya qərarı gələn ilin I rübündə qəbul olunacaq


İqtisadiyyat 29 May 2018 13:48:45 320 0

SOCAR-ın Türkiyədə yeni neft-kimya kompleksi ilə bağlı investisiya qərarı gələn ilin I rübündə qəbul olunacaq

Bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib

Gələn ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin investisiya qərarının qəbul olunması gözlənilir.

"Report" xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni layihənin mühəndislik işləri davam edir: "Bu ilin sonuna bu işlərin yekunlaşması gözlənilir. Gələn ilin I rübündə yekun investisiya qərarını qəbul etməyə hazırlaşırıq. BP və "Axens" şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdən təxminən əlavə 1 mln. ton Saf Tereftal Turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır".