22 yaşlı xidmətçi "zadəgan" oldu,


Digərləri 29 May 2018 13:55:00 279 0

22 yaşlı xidmətçi "zadəgan" oldu,

Argentinanın cənubundakı Alov Torpağı... Üç il əvvəl "Ortelius" adlı kiçik kruiz gəmisinə 60 sərnişin mindi.

Son.az bildirir ki, liman Yer kürəsinin ən cənub şəhəri sayılan Uşuayada idi. "Dünyanın sonu" adlandırılan Uşuayada sürəkli küləklər əsir, sahili böyük dalğalar vururdu.

Gəmi Afrikanın cənubu ilə Antarktida arasındakı kiçik Buve adasına tərəf yollanmışdı. Əksəriyyəti orta yaşlı, pullu insanlar olan sərnişinlər özlərini "ekstremal səyyahlar" adlandırırdılar. Onlar BMT-də təmsil olunmuş 193 ölkənin hamısına baş çəkmək niyyətində idilər.

Atlantik Okeanının cənubu ilə "Ortelius"da 29 günlük kruiz ucuz deyildi. Sərnişinlərin hər biri kiçik, ümumi kayuta üçün təqribən 9 min funt-sterlinq ödəmişdilər.

Kruizi özünü "Britaniyanın ən qədim zadəgan nəsillərindən birinin nümayəndəsi Uilyam Bakeland" kimi təqdim edən Cessi Qordon təşkil etmişdi.

Məhz onun "Ortelius"da 22 min funtluq geniş kayutası vardı.

Məhz o, sərnişinlər arasında ən gənc idi.

Sakit, mehriban, mədəni, əynində şinyonlar, gödəkçə, başında bəyaz safari şlyapası olan 22 yaşlı Cessi Qordon həmin insanları aldatmışdı.


Xəbərə aid fotolar