“Veysəloğlu Qrup” Cümhuriyyətin 100 illiyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirdi (FOTO)


Digərləri 29 May 2018 13:46:00 408 0

“Veysəloğlu Qrup” Cümhuriyyətin 100 illiyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirdi (FOTO)

Veysəloğlu Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Bakı. Veysəloğlu Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Şirkətlər Qrupundan Trend-ə verilən məlumata görə, turnirdə 10 ali təhsil müəssisəsində 20 komanda olmaqla, ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” İntellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub. Adıçəkilən komanda bütün suallara rəqiblərindən daha çox cavab verməyi bacarıb və turnirin ən güclüsü seçiliblər. Müvafiq olaraq 2-ci və 3-cü yerlərə isə Azərbaycan Dillər Universitetini təmsil edən “Fenomen” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetiniin “Fətəlity” komandaları layiq görülüb.