Səidə Natavandan niyə küsüb?


Şou-biznes 29 May 2018 13:32:00 395 0

Səidə Natavandan niyə küsüb?

Xəbər verdiyimiz kimi, illərdir rəfiqə olan müğənnilər - Natavan Həbibi ilə Səidə Sultan arasında inciklik yaranıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə Səidə Natavanla küsülü olduğunu təsdiqləsə də, bunun səbəbini açıqlamayıb. 

Natavan Həbibi isə "ATV maqazin onlarla" proqramına müsahibəsində mövzu barədə çox danışmaq istəmədiyini bildirib.  O, kənara çəkildiyini, öz problemləri ilə məşğul olduğunu söyləyib:

"Son vaxtlar mən bilmədiyim söhbətlər müzakirə olunur. Kənara çəkilmişəm, xəbərim yoxdur. Mənim öz problemlərim var. Yanımda kimsə başqa söhbətlər edə bilər. Lakin mən qulaq asmaya da bilərəm. İkimizin də işi çoxdur, aramızda bir az durğunluq yaranıb".