Məktəblərin akkreditasiyasına görə rüsum tələb olunacaq


Digərləri 29 May 2018 13:24:00 240 0

Məktəblərin akkreditasiyasına görə rüsum tələb olunacaq

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Təhsil haqqında" qanuna bununla bağlı dəyişiklik edilir.

Təklif edilən yeni dəyişikliklə qanunun "Təhsil sahəsində dövlətin vəzifələri" ilə bağlı maddəsinə dövlətin yeni bir vəzifəsi də əlavə edilir.

Bu əlavəyə görə, dövlətin vəzifələrindən biri təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək olacaq.

Qeyd edək ki, hazırda dövlət müəssisələrinin akkreditasiyası üçün rüsum tələb olunmur.