Azərbaycanda məktəblərin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq


Digərləri 29 May 2018 13:01:36 284 0

Azərbaycanda məktəblərin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumu tələb olunacaq. Trend-in məlumatına görə, “Təhsil haqqında” qanuna bununla bağlı dəyişiklik edilir. Təklif edilən yeni dəyişikliklə qanunun “Təhsil sahəsində dövlətin vəzifələri” ilə bağlı maddəsinə dövlətin yeni bir vəzifəsi də əlavə edilir. Bu əlavəyə görə, dövlətin vəzifələrindən biri təhsil müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləğini müəyyən etmək olacaq.