Milyarder Abramoviç İsrailə sığındı FOTO


Digərləri 29 May 2018 12:53:39 342 0

Milyarder Abramoviç İsrailə sığındı  FOTO

Yəhudi əsilli rusiyalı milyarder Roman Abramoviç İsrail vətəndaşlığı alıb. Səbəb ona Britaniyada vizanın verilməsi ilə bağlı problemlərin araşdılmasıdır.

Son.az ABC-yə istinadən bildirir ki, 51 yaşlı milyarder dünən İsraildə olub və pasportunu alandan sonra Təl-Əvivi tərk edib.

Bununla da Abramoviç İsrailin ən varlı vətəndaşına dönüb. "Çelsi" futbol klubunun sahibinin 10 milyard dollarlıq sərvəti var.

The Times of Israel-in məlumatına görə, R.Abramoviç ölkənin yeni vətəndaşı olduğundan xaricdə son 10 il ərzində əldə etdiyi gəlirlərə görə vergi ödəməyəcək. Bundan başqa, növbəti 10 il ərzində o, həmin gəlirlərlə bağlı vergilərdən azad olunur.

Britaniyada isə Roman Abramoviçin viza müddətinin uzadılması ilə bağlı müraciətinə baxılır.


Xəbərə aid fotolar