Stoltenberq: "Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır"


Siyasət 29 May 2018 12:56:00 341 0

Stoltenberq: "Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır"

Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır.

Son.az Trend-ə istnadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Varşavada keçirilən yaz sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızının sualını cavablandırarkən deyib.

Y.Stolenberq Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb: "Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və yüksək qiymətləndiririk. Keçən il cənab İlham Əliyev Brüsselə rəsmi səfər etmişdi. Bu səfər zamanı İlham Əliyevlə NATO-nun Baş qərargahında çöx önəmli görüşlər keçirildi".

Qeyd edək ki, mayın 24-28-də Varşavada NATO Parlament Assambleyasının yaz sessiyası keçirilib. Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil ediblər.