Bügünkü hərrac - Əmlaka 2 dəfə çox qiymət təklif edildi (FOTO)


Digərləri 29 May 2018 12:49:00 244 0

Bügünkü hərrac - Əmlaka 2 dəfə çox qiymət təklif edildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, əmlaklardan birinin qiyməti 2 dəfə çox artıb. Belə ki, 60 saylı mağaza investorları özünə cəlb edə bilib. Paytaxtın Qaradağ rayonun Qobustan qəsəbəsində yerləşən adı çəkilən obyektin ilkin start qiyməti 23 min 500 manat olsa da ən son təklif 48 min 750 manata qədər yüksəlib. Həmin əmlak üzrə hərracın rəqabətli olması obyektin həm münasib qiymətindən həm də gəlir gətirmə potensialının yüksək olmasından xəbər verir. Bu mağazanın ümumi faydalı sahəsi 510 kv.m olmaqla kifayət qədər genişdir.