Messi karyerasını Barcelona-da bitirmək istəmir


İdman 29 May 2018 12:13:00 332 0

Messi karyerasını Barcelona-da bitirmək istəmir

Barcelona-nın ulduz futbolçusu Lionel Messi karyerasını bitirmək istədiyi klubu açıqladı.

Goal.az xəbər verir ki, argentinalı futbol ulduzu karyerasını vətənində bitirmək istəyir. 

Argentinanın "El Trece" kanalına açıqlamasında Messi bu barədə danışıb:

"Bir gün Argentinada oynamaq istədiyimi həmişə demişəm. Olub olmayacağını bilmirəm, ancaq bu fikir beynimdə həmişə var. Yalnız Newell’s Old Boys-da oynayaram, başqa klubda yox. Heç olmasa, 6 ay da olsa oynamaq istəyərəm.