İcraçı direktor: BP Azərbaycanla əməkdaşlığı davam etdirəcək


Digərləri 29 May 2018 12:19:36 279 0

İcraçı direktor: BP Azərbaycanla əməkdaşlığı davam etdirəcək

BP şirkəti Azərbaycanla əməkdaşlığı davam etdirəcək

Bakı. Azad Həsənli - BP şirkəti Azərbaycanla əməkdaşlığı davam etdirəcək. Trend-in məlumatına görə, bunu Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı "BP Group Upstream"in icraçı direktoru Bernard Luney deyib. “Cənub Qaz Dəhlizi”dən danışan B.Luney qeyd edib ki, layihə sayəsində “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz 2020-ci ilədək birbaşa Avropa bazarlarına çıxacaq. Onun sözlərinə görə, “Şahdəniz” dünyada ən iri qaz yataqlarından biridir və onun işlənməsində 24 mindən çox adam iştirak edib.