Sandra Oudkirk: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir"


Digərləri 29 May 2018 12:09:49 335 0

Sandra Oudkirk: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir"

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasını əvvəldən qətiyyətlə dəstəkləyir və bu dəhlizin Avropaya enerji ehtiyatlarının tədarükü marşrutlarının diversifikasiyalaşdırılmasında vacib rolunu başa düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin işə salınması mərasimi zamanı ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk deyib.

O bildirib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevi və "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində səy göstərən bütün ölkə və şirkətləri təbrik edirəm".

ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionu ölkələrinin daha geniş iqtisadi inteqrasiyası üçün yeni imkanlar təqdim edir: