“Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat bu gün başa çatır


Digərləri 29 May 2018 11:52:00 335 0

“Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından "qeyri-məqbul" qiymət alan və ya imtahanda iştirak etməyən abituriyentlər günün sonunadək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də (22 aprel 2018-ci il tarixində keçirilmiş "Azərbaycan dili" imtahanından "qeyri-məqbul" qiymət alan və ya imtahanda iştirak etməyən) ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə "Azərbaycan dili" imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılır.