OPECin baş katibi: ""Şahdəniz" bütün dünyanın qürur duymalı olduğu layihədir"


Digərləri 29 May 2018 11:49:15 328 0

OPECin baş katibi: ""Şahdəniz" bütün dünyanın qürur duymalı olduğu layihədir"

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi bütün dünyanın qürur duymalı olduğu layihədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin işə salınması mərasimində OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Layihənin birinci mərhələsi "Şahdəniz" yatağından Cənubi Qafqaz, daha sonra Transanadolu (TANAP) boru kəmərləri ilə Türkiyənin Əskişəhər şəhərinə qaz nəqlini nəzərdə tutur.

M.Barkindo bildirib: "Mənim üçün burada, Xəzər dənizinin Səngəçal terminalında olmaq və təkcə 25-ci yubiley Beynəlxalq neft və qaz sərgisinin açılışının yox, həm də "Cənub Qaz Dəhlizi" layihəsinin işə salınmasının şahidi olmaq böyük şərəfdir".