Ağsunun Bico kəndində güllələnmə baş verib


Digərləri 29 May 2018 11:44:00 230 0

Ağsunun Bico kəndində güllələnmə baş verib

Ağsu rayonunun Bico kəndində yaşayan Murad İmamalıyevin tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə hadisə yerində ölüb

Bakı. Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb. DİN-dən Trend-ə verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.